Azərbaycanda adambaşına illik sığorta haqqı nə qədər artıb?

Ötən il Azərbaycanda sığorta haqlarının ümumi daxil məhsulda (ÜDM) payı (penetrasiya səviyyəsi) 1%, qeyri-neft ÜDM-də isə payı 1,8% olub.
Bunu “Report”a hökumətdəki mənbə bildirib.
“2021-ci ildə ölkədə adambaşına düşən sığorta haqqı 87 manat təşkil edib. Bu isə 2017-ci illə müqayisədə 37 manat çoxdur”, - deyə o, qeyd edib.
“Penetrasiya səviyyəsi Rusiyada 1,4%, Türkiyədə 1,5%, Gürcüstanda 1,4%, Qazaxıstanda 0,7%, Ukraynada isə 1,4%-dir. Əgər Avropa ölkələrinə diqqət yetirsək penetrasiya səviyyəsi orda daha yüksəkdir. Çünki bu ölkələrdə sığorta əhatəliliyi daha genişdir. Ölkələrdən asılı olaraq bu rəqəm 6,9-9,4% arasında dəyişir”, - deyə mənbə əlavə edib.
Bundan başqa, onun sözlərinə görə, son 5 ildə Azərbaycanda sığorta sektoru hər il 11%, o cümlədən həyat sığortası 2 dəfəyə yaxın, qeyri-həyat sığortası isə 6% artıb. Həyat sığortası üzrə böyük kütlə könüllü sığorta növlərində, könüllü sığorta üzrə isə üstünlük icbari sığorta növlərindədir.
2021-ci ilin yekununda Azərbaycanda 730 sığorta agenti, 28 sığorta brokeri olub.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











