Azərbaycanda avtomobillərin könüllü sığortası artıb, icbari sığortası azalıb
Xəbərlər
5 Oktyabr 2020 11:28

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 62 442,4 min manat sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətindən verilən xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 36 927,1 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 18%, ödənişlər 13,6% azalıb.
Hesabat əsasən, bu ilin yanvar-avqust ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 25 629,7 min manat sığorta haqqı yığılıb, 8 327,8 min manat ödəniş edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 16%, ödənişlərdə isə 6,2% artım deməkdir.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bütün sığorta növləri üzrə cəmi yığımlar 528 653 min manat (illik 12,5%-lik artım), ödənişləri 262 996 min manat (illik 49,9%-lik artım) təşkil edib.
Oxunub : 1260
DİGƏR XƏBƏRLƏR
18 Oktyabr 2026 18:49
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
18 Oktyabr 2026 17:45
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
18 Oktyabr 2026 17:27
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
18 Oktyabr 2026 15:29
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
18 Oktyabr 2026 14:20
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
17 Oktyabr 2026 16:36
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
17 Oktyabr 2026 15:45
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
16 Oktyabr 2026 19:42
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
16 Oktyabr 2026 16:00
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
15 Oktyabr 2026 22:45
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
15 Oktyabr 2026 18:44
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
15 Oktyabr 2026 18:10
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
ŞƏRH YAZ












