Azərbaycanda benzinin və dizel yanacağının istehsalı kəskin azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 365,5 mln. manat olmaqla, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə 18,4% azalıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 2,5 dəfə, neft bitumunun istehsalı 40,3% artıb, avtomobil benzininin istehsalı 19,2%, sürtkü yağlarının istehsalı 25,3%, dizel yanacağının istehsalı 33,4%, neft kimya sənayesində istifadə üçün benzin istehsalı 36,7%, neft koksunun istehsalı isə 44,8% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Qeyd edək ki, bu ilin aprel-may aylarında NEZ profilaktik işlərin aparılması üçün müvəqqəti olaraq dayandırılıb. Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasına başlanılıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
|
Məhsul növləri |
Yanvar-may 2022-ci il |
İllik müqayisə, % |
|
Avtomobil benzini, min ton |
386,8 |
80,8 |
|
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton |
111,9 |
63,3 |
|
Ağ neft, min ton |
199,1 |
105,1 |
|
Dizel yanacağı, min ton |
677 |
66,6 |
|
Yanacaq mazutu, min ton |
61,4 |
2,5 dəfə |
|
Sürtkü yağları, min ton |
17,1 |
74,7 |
|
Neft bitumu, min ton |
129,4 |
140,3 |
|
Neft koksu, min ton |
61 |
55,2 |
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












