Azərbaycanda cinayətkarlığın dinamikası açıqlandı - CƏDVƏL

2023-cü il üzrə Azərbaycanda cinayətkarlığın dinamikası açıqlanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev bu gün keçirilən geniş kollegiya iclasında məlumat verib.
Məlumatlara əsasən 2023-cü ildə baş vermiş cinayət hadisələrinin satistikası aşağıdakı kimidir:
| İllər üzrə | 2022 | 2023 | |
| Qəsdən adam öldürmə | 171 | 178 | |
| Qəsdən adam öldürməyə cəhd | 61 | 65 | |
| Qəsdən sağlamlığa ağır zərər vurma | 334 | 318 | |
| Zorlama və zorlamaya cəhd | 16 | 19 | |
| Mənimsəmə və ya israf etmə | 262 | 317 | |
| Oğurluq | 7794 | 6951 | |
| Dələduzluq | 4246 | 5622 | |
| Soyğunçuluq | 268 | 204 | |
| Quldurluq | 103 | 71 | |
| Narkotik vasitələrin qanunsuz dövriyyəsi | 10 665 | 10 057 | |
Qeyd edək ki, yanvarın 26-da Baş Prokurorluqda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası, Naxçıvan Muxtar Respublikası Hərbi və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib. Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib. Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər barədə məlumat verib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












