Azərbaycanda daha bir qurumda çox sayda əməkdaş İŞDƏN ÇIXARILIB? - YENİLƏNİB

2025-ci ildən etibarən regional təhsil idarələrinin strukturunda müvafiq dəyişiklik edilib.
Bu barədə Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
"Bununla əlaqədar olaraq, metodiki kabinetlərdə çalışan metodistlər razılıqları əsasında ümumi təhsil müəssisələrində müvafiq vəzifələrə yerləşdiriliblər. Eyni zamanda metodiki kabinetdə texniki vəzifələrdə çalışan işçilər isə idarədə vəzifə maaşı eyni olan digər texniki işçi vəzifələrinə keçiriliblər. Ümumilikdə 61 əməkdaşın 52-nin işlə təminatı artıq həyata keçirilib, digər əməkdaşlarla bağlı müvafiq proses icra edilməkdədir".
***
Qarabağ Regional Təhsil İdarəsində 53 əməkdaşın işdən çıxarıldığı bildirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat vətəndaşlar tərəfindən sosial mediada paylaşılıb.
Bildirilib ki, sözügedən əməkdaşlar (metodist) metodiki kabinetin bağlanmasına görə məcburi ərizə yazdırılaraq işdən xaric ediliblər.
Sözügedən məsələ ilə bağlı Qarabağ Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.
Xatırladaq ki, daha öncə Lənkəran-Astara Regional Təhsil İdarəsində 18 əməkdaş (metodist), Azərbaycan İdman Akademiyasında da xeyli sayda əməkdaş vəzifəsindən azad edilib.
(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












