Azərbaycanda gəmi hərraca çıxarılır - 1,8 milyon manata

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dekabrın 12-də təşkil olunacaq hərraca 11 avtomobil çıxarılacaq.
Avtosfer.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, istehsal tarixi 1989-2014-cü illər, start qiyməti 2.000-14.000 manat arasında dəyişən avtomobillər Koreya, Rusiya və Almaniya istehsalıdır.
Dekabrın 19-da keçiriləcək hərraca isə 79 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin istehsal tarixi 1978-2016-cı illər arasında, start qiyməti 800-10.500 manat arasında dəyişir.
Növbəti hərrac dekabrın 21-də təşkil olunacaq. Bu hərraca 40 nəqliyyat vasitəsi çıxarılacaq. Hərracda iştirakçılara "Vixr" tipli gəmi də təklif olunacaq. İstehsal tarixi 1986-cı il olan gəminin start qiyməti 1 milyon 800.000 manatdır. Gəminin hərracında iştirak etmək üçün ilkin qiymətin 10 faizi (180.000 manat) məbləğində beh ödəmək tələb olunur.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/35Uotw linki vasitəsilə tanış olmaq olar.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












