Azərbaycanda hərbi hissə komandirinin 150 min manatı ələ keçirildi

Azərbaycanda hərbi hissə komandirinin 150 min manatı dələduzluq yolu ilə ələ keçirilib.
Avtosfer.az qafqazinfo-ya istinadla xəbər verir ki, polkovnik-leytenant Altay Ələkbərov barəsindəki cinayət işinə xitam verdirəcəyini vəd edən şəxs tərəfindən aldadılıb.
İş materiallarından görünür ki, Hərbi Prokurorluğun İstintaq İdarəsində Müdafiə Nazirliyinin balansında olan metal qalıqlarının bazar qiymətindən aşağı satılması ilə bağlı cinayət işi başlanıb.
İş üzrə hərbi hissə komandiri Altay Ələkbərov istintaqa cəlb olunub. Dövlət büdcəsinə dəymiş ziyanın ödənilməsi üçün ona rəsmi göstəriş verilib. Bununla bağlı komandir alternativ yollar axtarmağa başlayıb və tanışları vasitəsilə Nurəli Məmmədovla əlaqə yaradıb. Nurəli ona deyib ki, yüksəkvəzifəli "tanışlar"ı vasitəsilə onun işinə xitam verdirəcək. Amma bunun üçün həmin "tanışlar"a rüşvət verilməlidir.
A.Ələkbərov bu vədə inanıb və banklardan kredit götürərək Nurəliyə 150 min manat pul verib. Xeyli vaxt keçsə də, komandirin işi həll edilməyib.
N.Məmmədov komandirin etirazından sonra 110 min manatını qaytarıb. Altay Ələkbərov həmin pulla dövlətə dəymiş ziyanı ödəyib, işinə xitam verilib.
Bundan sonra komandir Nurəlidə qalan 40 min manatını geri almağa çalışıb, bu məqsədlə hüquq-mühafizə orqanlarına şikayət edib.
Şikayət əsasında Nurəli Məmmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. İstintaq zamanı ona qarşı həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxs komandirin verdiyi 150 min manatın 40 minini geri qaytarmayıb. Məhkəmə istintaqı ilə də onun təqsiri sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurəli Məmmədov 5 il müddətə azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs olunub.
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir












