Azərbaycanda ilk dəfə olaraq əkin sahələri üçün aqrodron istehsal edildi - FOTO

Azərbaycanda ilk dəfə olaraq Aqrodron istehsal edilib.
Bunu Avtosfer.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqroservis" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytəkin Məmmədova deyib. O bildirib ki, tam yerli istehsal olan yeni Aqrodron əkin sahələri üçün nəzərdə tutulub: "Bu qurğu əkin sahələrində bir neçə funksiyanı yerinə yetirir. İstənilən maye halında olan kimyəvi dərmanların səpinini həyata keçirmək qabiliyyətində olan dronlar həmçinin dənəvər mineral gübrəsinin də səpinində istifadə oluna bilir."
A. Məmmədova bildirib ki, dronlar həmçinin ərazinin skan olunması, şəkillərinin çəkilib müəyyən edilməsi qabiliyyətinə də malikdir: "Dronlar bu funksiya ilə yer quruluşunun 3 D xəritələnməsini də həyata keçirir. Fermerlər bu dronlarla həm sahəsində dərman səpməklə həm vaxt itkisinin qarşısını alır, həm də əlavə xərcdən azad olur. Məsələn, hər hansısa bir sahənin aqreqatlar və digər ağır texnika ilə dərmanlanması zamanı həmin texnikanın təkərləri sahədə müəyyən bir hissəni əzir, bitkinin bir hissəsini məhv edir. Bununla yanaşı, texnikaya əlavə yanacaq sərf edilir, insan əıməyi sərf edilir və vaxt itkisi olur. Amma bu dronlar vasitəsilə sahəyə heç bir ziyan vurmadan yarım saat ərzində fermer 1 hektar yeri dərmanlaya və gübrələyə bilir.
Dronun daha bir əsas üstünlüyü isə odur ki, bu qurğu ilə fermer yalnız sahəsində ziyanvericilər olan hissəni əvvəlcədən müəyyən edə bilir. Yəni, dron əvvəlcə sahənin şəklini skan edir, hansı ərazini ziyanvericilərin məhv etdiyini müəyyən edir. Daha sonra dron həmin skan vasitəsilə yalnız ziyanvericilər olan əraziləri dərmanlayır".
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












