Azərbaycanda ilk dibdərinləşdirən gəmi bu il hazır olacaq

Bakı Gəmiqayırma Zavodunda inşası davam edən “Damen Cutter (CSD) 650” tipli dibdərinləşdirən gəmi bu il tamamlanacaq.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Niderlandın gəmiqayırma şirkəti “Damen Shipyards Group”un nümayəndəsinə istinadən “DredgingToday” saytı məlumat yayıb.
“Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıq etməkdən məmnunuq. Onların komandası layihə üzərində peşəkarlıqla çalışır və məhsulun keyfiyyəti təsir edicidir. Xüsusilə də nəzərə alsaq ki, bu, Bakıdakı tərsanədə inşa edilən ilk belə gəmidir. Tikinti işlərinin hazırkı tempi bizi qane edir”, - deyə “Damen”in satış üzrə meneceri Aleksandr Şamray bildirib.
Qeyd edək ki, “Mühəndis Soltan Kazımov” adını daşıyacaq dibdərinləşdirən gəmi Bakı Limanı üçün tikilir. Bu cür işlər limanın genişləndirilməsi və son beş ildə Xəzər dənizinin səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə əlaqədar zəruri hesab edilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












