Azərbaycanda İLK: Qadın müəllim şəhid şagirdinin adına bulaq tikdi - FOTO

Azərbaycanda qadın müəllim Vətən Müharibəsində şəhid olan şagirdinin adına bulaq inşa edib.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, şəhid Valeh Bədəlovun adını daşıyan bulaq Zaqatala rayonu Aşağı Tala kənd 3 saylı orta məktəbin həyətində tikilib.
Həmin məktəbin müəllimi Xanım Həsənova öz əlləri ilə inşa etdiyi bulağa Vətən Müharibəsində qəhrəmancasına şəhid olan şagirdi, Xüsusi Təyinatlı Qüvvələrin baş-leytenantı Valeh Bədəlovun adını verib. Bulağın açılışına rayon rəhbərliyi və şəhidin ailə üzvləri də qatılıb. Qeyd edək ki, Valeh Vahid oğlu Bədəlov 10 oktyabr 1990-cı ildə Zaqatala rayon Aşağı Tala kəndində anadan olub. Vətən Müharibəsində fəal iştirak edən V.Bədəlov Fizulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid Valeh Bədəlov
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO














