Azərbaycanda logistika subsidiyasının verilməsi vaxtı açıqlanıb

Azərbaycanda ixracatçılara logisitika subsidiyalarının verilməsinə 2024-cü ilin ikinci yarısında başlanacaq. Bunu “Report”a İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
Onun sözlərinə görə, hazırda ənənəvi bazarlarla bağlı təhlillər aparılır: "Bəzi məhsullar üzrə subsidiyalaşma həyata keçiriləcək. Amma əsas subsidiyasının məğzi yeni ölkələrə, yeni bazarlara və ən önəmli işğaldan azad olunmuş ərazilərdə yeni yaranmış istehsal olan yerlərdən məhsulların xarici bazarlara çatdırılması ilə bağlıdır".
Y.Abdullayev subsidiya məbləğinin hələ müəyyən olunmadığını qeyd edib.
“Bu subsidiya Azərbaycanda bütün ixracatçılara şamil olunacaq və bu mexanizm ixracımızın yeni bazarlara genişləndirilməsinə dəstək olacaq", - deyə Y.Abdullayev əlavə edib.
Xatırladaq ki, logistika subsidiyasını ümumilikdə 5 il, işğaldan azad edilən ərazilərdə isə 10 il müddətinə tətbiqi gözlənilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












