Azərbaycanda müasir avtobusların sayı məlum oldu

Azərbaycanda müasir avtobusların sayı 2160-a çatıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, Bakıda ictimai nəqliyyat parkı sürətlə yenilənir.
"Hazırda Azərbaycana COP29 konfransı ərəfəsində gətirilən 160 sıfır emissiyalı elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında uğurla işləyir, özəl şirkətlər isə elektrik enerjisi və sıxılmış qazla işləyən daha 85 ekoloji təmiz avtobus alıblar. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib və müasir avtobusların sayı 2160-a çatıb", - məlumatda deyilir.
Vurğulanıb ki, yeni avtobuslar nağdsız ödəniş üçün validatorlarla təchiz edilir. Bu da xidmətlərin rəqəmsallaşdırılması prosesini sürətləndirir.
Qeyd olunub ki, 2024-cü ilin yekunlarına görə, bu ödəniş formasının payı 77,5% təşkil edib.
(trend)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












