Azərbaycanda nəqliyyat islahatları: Xidməti maşınlar azaldıla bilərmi?

Azərbaycanda son aylarda nəqliyyat sahəsində ciddi islahatlar aparılır. Küçə və prospektlərdə avtobus və velosiped zolaqları salınıb, taksilərlə bağlı yeni qaydalar hazırlanıb, ictimai nəqliyyatın yaxşılaşdırılması istiqamətində tədbirlər görülüb. Həmçinin bayram günlərində və həftənin sonuncu günündə şəhərin mərkəzinə yaxın küçələrə avtomobillərin girişi qadağan edilib.
Bəzi ekspertlər deyir ki, nəqliyyat sahəsində islahatların əsas hədəfi insanları məcbur olmadıqca şəxsi avtomobildən imtina etməyə və ictimai nəqliyyata yönləndirməyə təşviq etməkdir. Bununla yanaşı dövlət qurumlarına məxsus xidməti avtomobillərin sayının azaldılması da təklif edilir.

Milli Məclisin Mədəniyyə Komitəsinin sədri Fazil Mustafa Modern.az-a açıqlamasında bildirib ki, şəxsi avtomobillərin sayının azaldılması xidməti avtomobillərlə əlaqələndirilməməlidir:
"Çünki bir ailədə 4-5 nəfərin avtomobilinin olması həqiqətən də problem yaradır. Bu da müasir dövrün prinsiplərinə uyğun bir addımdır. Hər halda bu, ancaq maarifləndirmə, ictimai nəqliyyatın artıq keyfiyyətli xidmət göstərməsi yolu ilə ola bilər. İndi avtobusdan başqa ictimai nəqliyyat yoxdur. Metro da bir çoxları üçün müəyyən dərəcədə əlçatan deyil. Bu məsələ problemdir. Artıq bu problemin üzərində düşünmək də çətindir. Alternativ yollar çoxaldılmalıdır. Bu yollar çoxaldıqca yükün paylaşımı daha real olacaq. Yenə də bu istiqamətdə maarifləndirici işin aparılmasında fayda var. Yəni, Bakıda azda olsa, avtomobillərin sayı azala bilər. Regionların inkişafına yönəlik bir siyasət izlənilməlidir. İnsanlar Bakı şəhərindən köçməlidir. Daha çox öz regionlarında iş tapmalıdırlar. Bu siyasət aparılsa, Bakıdakı əlavə yüklənmənin qarşısını almaq mümkün olacaq”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












