“Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur” - “Forbes”

Ermənistan Fransadan, yoxsa Hindistandan qırıcı alacaq?
ABŞ-ın dünyaca məşhur “Forbes” jurnalında “How Armenia Might Respond To Azerbaijan’s JF-17 Fighter Acquisition” ("Ermənistan Azərbaycanın JF-17 qırıcısını almasına necə cavab verə bilər") adlı irihəcmli məqalə təqdim edib.
Müəllif Paul Iddon yazır ki, Pakistan hökuməti cümə günü sosial media platforması X-də təsdiqlədi ki, Azərbaycan 4,6 milyard dollarlıq müdafiə sazişi çərçivəsində JF-17 qırıcılarının sifarişini 16-dan 40-a qaldırıb. JF-17C Block III qırıcısının 4.5-ci nəsil olmasını qabardan yazar bildirir ki, bununla da Azərbaycan qırıcıların sayı baxımından Ermənistanı 10 dəfə geridə qoymuş oldu. Azərbaycanın xeyli köhnəlsə də, keyfiyyətli təmirdən çıxmış MiQ-29 qırıcı donanmasını, İsrail və Türkiyə istehsalı olan qabaqcıl dronlarını nəzərə almasaq belə 40 ədəd JF-17C Block III qırıcısı rəsmi Bakıya ciddi üstünlüklər verir. Təbii ki, Ermənistan Pakistanla Azərbaycan arasında baş tutmuş bu alış-verişdən xeyli narahatdır. Ancaq varlı Azərbaycanla silahlanmada rəqabət aparmaq məhdud imkanlı Ermənistan üçün xeyli çətindir.
Tərəflər arasında müharibə ehtimalının aşağı olduğunu yazan müəllif bildirir ki, Zəngəzur dəhlizinə görə müəyyən münaqişələrin olması da istisna edilə bilməz.
Ermənistanın vəziyyətdən çıxmaq məqsədi ilə Dassault Rafale qırıcıları üçün Fransaya müraciət edib-etməyəcəyi bəlli deyil.
“Forbes” belə yazır: “Yerevan çox güman ki, bir neçə istiqamətdə səy göstərsə də, Fransanın “Rafales”lərindən daha sərfəli olduğunu nəzərə alsaq, Hindistanda istehsal olunan Su-30MKI-lərin alınmasına üstünlük verəcək... Hindistan və Pakistan arasında keçən ay baş verən qarşıdurma ilə bağlı hələ də çox şey aydın olmasa da, Hindistanın Rafale donanmasının o qədər də güclü performans göstərməməsi ilə bağlı ittihamlar Ermənistanın qırıcı alışı ilə bağlı hesablamalarına müəyyən təsir edə bilər”.
Məqalədə deyilir ki, Hindistan lisenziya əsasında Rusiya döyüş təyyarəsi olan Su-30MKI variantını hazırlayır. Hindistan tezliklə bu təyyarələrin bir hissəsini ixrac edə bilər və şübhəsiz ki, Ermənistanı potensial müştəri kimi görür. Yerevan artıq bu onilliyin əvvəlindən Hindistan istehsalı olan silahlar üçün rekord qıran müqavilələr bağlayıb. Bundan əlavə, Yeni Dehli Ermənistanın mövcud Su-30SM-lərini təkmilləşdirmək və onları Hindistan istehsalı olan müxtəlif sursat və silahlarla uyğunlaşdırmaq üçün ideal namizəddir.
Hindistan, çox güman ki, Azərbaycanın Hindistanın əzəli rəqibi olan Pakistandan qırıcılar almasını neytrallaşdırmaq üçün Ermənistanı öz qırıcıları ilə təchiz etməkdə maraqlı olacaq.
Azərbaycanla havada rəqabət aparmaq üçün yeni qırıcılar əldə etməklə yanaşı, Ermənistan çox güman ki, öz hava hücumundan müdafiə sistemlərini Hindistan, İran və ya digər ölkənin müvafiq sistemlərlə təkmilləşdirməyə çalışacaq.(modern.az)
Briliant Dadaşova qaydaları pozdu: Kəməri taxmır, gözü də telefonda qalıb - VİDEO
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB










