Azərbaycanda sabiq bank sədri məhkəmə zalında həbs olundu

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyevə hökm oxunub.
Hökm Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.
Niyazi Vəliyev bankın İdarə Heyətinin sədri vəzifəsində işləyərkən özgə malını mənimsəmədə ittiham edilərək, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3, (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri üzrə təqsirli bilinib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü əsasında Niyazi Vəliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə şərti cəza verilib. O zaman N. Vəliyev məhkəmə zalından azadlığa buraxılmışdı.
O, qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasında, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına kredit rəsmiləşdirib mənimsəməklə talamasında ittiham edilirdi.
Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə öz növbəsində kassasiya şikayətini qəbul edərək Bakı Apellyasiya Məhkəməsinə göndərib.
"DekaBank" ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir. (report)
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu












