Azərbaycanda sərnişin və yük daşımaları artmaqda davam edir

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 10,3% və 39,7% artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 85,2 mln. ton yük daşınıb. Yüklərin 3,4%-i dəniz, 8,2%-i dəmir yolu, 0,3%-i hava, 56,4%-i avtomobil nəqliyyatı, 31,7%-i isə boru kəməri ilə daşınıb.
Məlumata görə, qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 10,9% artmış, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6% təşkil edib.
“2022-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 624,4 mln.sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,5%-i avtomobil nəqliyyatı, 13,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb”, - məlumatda qeyd olunub.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir











