Azərbaycanda ŞOK hadisə - 3 aylıq körpənin barmaqlarını kəsdilər - VİDEO

Azərbaycanda 3 aylıq körpənin barmaqlarını kəsdilər. Avtosfer.az xəbər verir ki, Goranboy rayon Kələk kənd sakini Xəzər Əliyevin oğlu Gəncə şəhəri pernetal mərkəzdə dünyaya gözlərini açıb.Həmin vaxt ailəyə uşağın tam sağlam olduğu bildirilib. Bir neçə gündən sonra körpənin sağ əlinin üstündən sistem köçürmək üçün tibbi vasitələrlə sıxılaraq bağlanıb. Xəzər Əliyev iddia edir ki, 7 gün uşağın biləyi sarğıda qaldığındanbarmaqları qaralıb.Ataövladını bu vəziyyətdə Bakıyagətirsədə həkimlər uşağın barmaqlarının amputasiya edilməsinin qaçınılmazolduğunu bildiriblər.
Xəzər Əliyev övladının bu duruma düşməsinə görə həkim Zülfüyyə Əsədova və tibb bacısı Bahar Yusibovanıittiham edir.
Uşağın babası Hamlet Əliyev deyir ki,3 aylıq körpə Nuranı bu vəziyyətdə gördükcə ürəyi sızlayır.
Gəncə şəhər Səhiyyə İdarəsindən məsələ ilə bağlı bildirdilər ki, artıq ailə bu şikayətlə prokurorluğa müraciət edib və məsələ həmin orqan tərəfindən araşdırılır. Eyni zamanda baş vermiş hadisə Gəncə şəhər Səhiyyə İdarəsinin Tibbi Şurasında da baxılır.
Hər iki araşdırma başa çatdıqdan sonra nəticəyə uyğun olaraq müvafiq tədbir görüləcək.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












