Azərbaycanda sürət qatarları niyə yavaş hərəkət edir? - Ekspert AÇIQLADI

"Sürət qatarları ilə bağlı Azərbaycanda vəziyyət bir az fərqlidir. İnsanlar yəqin fikirləşirlər ki, sürət qatarıdırsa, uçmalıdır".
Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı Metbuat.az-a açıqlamasında deyib.
Dəmiryol qatarlarının sürət həddi haqqında danışarkən ekspert bildirib ki, Azərbaycanda dəmiryol şəbəkəsi elə qurulub ki, böyük əksəriyyəti yaşayış məntəqələrindən keçir:
"Dəmiryol xətlərinin ətrafı obyektlər, evlər tərəfindən zəbt olunub. Və belə olan halda qəzalar qaçılmaz olur. Yəni bəzi yerlərdə sürətli hərəkət çətindir, mümkün deyil. Məsələn, Bakı-Qazax istiqamətində, Hacıqabul-Ələt, Yevlax bu stansiyalar üzrə hərəkətdə olanda şəxsən mən özüm bunun şahidi olmuşam. Qəbələyə sürət qatarı ilə hərəkət edəndə bunun şahidi olmuşam ki, illər uzunu həmin yerlər zəbt olunub. Bu baxımdan bu gün həmin qatarların nə qədər istəsək də, sürətli hərəkətini təmin edə bilmirik. Əslində həmin qatarlar sürətlə hərəkət etmək iqtidarına malikdir. Amma həmin vaxt oradan keçən insanlar, mal-qara üçün, həmçinin yaxınlıqda olan obyektlər üçün də ciddi təhlükə yaranır".
Elməddin Muradlı həmçinin qeyd edib ki, bu səbəblərə görə sürəti artırmaq risklidir: "Bəzi yerlər var ki, 40 km dən artıq sürət yığanda artıq açıq təhlükə hiss olunur. Ona görə yanaşma dəyişməlidir, dəmiryol infrastrukturunda dəmir yol xəttləri yenilənməlidir. Artıq bu proses bir çox istiqamətlərdə başlanılıb. Əgər gələcəkdə dəmiryolunun yaxınlığında olan obyektlər, evlər sökülsə, o zaman dəmiryol qatarlarının sürətli gedişini təşkil etmək mümkün olacaq. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti daha yüksük sürət tətbiq edə bilər və buna imkanı var. Sadəcə dediyim kimi, təhlükəsiklik baxımından bunu etmək olmur".
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda yavaş sürətlə hərəkət edən sürət qatarının görüntüsü müzakirələrə səbəb olmuşdu. Bir çoxları bunu texniki nasazlıq və ya başqa səbəblərlə əlaqələndirmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












