Azərbaycanda üzərində Ermənistan bayrağı olan eynək satılır - VİDEO

Azərbaycanda üzərində Ermənistan bayrağı olan günəş eynəyi satılır. Avtosfer.az-ın məlumatına görə, fakt Xırdalandakı mağazaların birində qeydə alınıb. Həmin mağazaya eynək almağa girən bir müştəri üzərində düşmən ölkənin bayrağının təsviri olan gözlüyü görüb və şəklini çəkərək sosial şəbəkələrdə paylaşıb. Xəbərin izi ilə gedib sözügedən mağazanı tapdıq. Həmin eynək Xırdalanda "Təzə bazar" adlanan ərazidə yerləşən ''Real optika'' adlı mağazada satılır. Satıcılar eynəyin dünənə qədər mağazada satışda olduğunu etiraf etdilər. Onların sözlərinə görə, məsələ barədə müdiriyyətə məlumat verildikdən sonra eynək satışdan yığışdırılıb.
Məsələ ilə bağlı özünü mağazanın sahibi kimi təqdim edən Ənvər adlı şəxslə telefon əlaqəsi saxladıq. Həmin şəxs bildirdi ki, sözügedən eynəyin üzərində Ermənistan bayrağının təsviri olmasından xəbərsiz olub.
Vətəndaşların buna münasibəti isə birmənalıdır.
Biz faktı göstərdik. Yəqin ki, bundan sonra aidiyyati qurumlar üzərində Ermənistan bayrağının təsviri olan eynəyin Azərbaycana necə gəlib çıxdığını araşdıracaqlar.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












