Azərbaycanda xəstəxanadan buraxılan qadın İNTİHAR ETDİ

Bərdədə intihar edən qadınla bağlı bəzi detallar məlum olub.
Avtosfer.az-ın məlumatına görə, özünü Bərdə rayonu ərazisində Yuxarı Qarabağ kanalına ataraq həyatına son qoyan qadının 58 yaşlı Ağdam rayonu, Bənövşələr qəsəbə sakini Ətlaz Süleymanova olub. Əldə etdiyimiz məlumata görə, Ə. Süleymanova ruhi xəstəlikdən əziyyət çəkirmiş. Bakıda ruhi-əsəb dispanserində qeydiyyatda olub və orada müalicə alırmış.
Bakıdakı dispanserdən yenicə buraxılıb və yaşadığı Ağdamın Bənövşələr qəsəbəsinə gəlib. O, rayona gələndən bir müddət sonra Bərdəyə gedərək, orada özünü Yuxarı Qarabağ kanalına atıb.
Qəsəbədə qadının bir oğlu yaşayır. Qadın özü əvvəllər Ağdam və Bərdədə peraşki bişirib satmaqla məşğul olub.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 31-də Yuxarı Qarabağ kanalının Bərdənin Həsənli kəndi ərazisindən keçən hissəsində naməlum qadın meyiti tapılıb.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












