Azərbaycanda yeni dronlar istehsal olunacaq

"Azərbaycanda Türkiyə şirkətlərindən biri ilə əməkdaşlıq çərçivəsində aqrodronların kütləvi istehsalına başlanılacaq".
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov Bakıda keçirilən Aqrar İnnovasiya Forumunda bildirib.
"Həmin şirkət əsasən aqrar sahə üzrə dronların istehsalı məşğuldur və Bakı Mühəndislik Universiteti ilə istehsal sahəsinin qurulmasına dair razılıq əldə edib", - deyə o qeyd edib.
Xatırladaq ki, bundan əvvəl ölkədə robototexnika istehsalı ilə məşğul olan yerli şirkətlərdən bir qismi sınaq məqsədilə süni intellektə əsaslanan aqrodron istehsal ediblər. Hazırda Azərbaycana aqrodronlar əsasən xüsusi icazə ilə Türkiyə və Çindən idxal olunur.
A.Cəfərovun sözlərinə görə, ölkədə istehsal olunacaq dronlar nazirliyin innovativ avadanlıqlar siyahısına salınacaq:
"Yerli fermerlər bu dronlardan aldığı təqdirdə 40%-lik dövlət dəstəyindən yararlana biləcəklər".
Direktor həmçinin deyib ki, Aqrar İnnovasiya Forumunda iştirak edən ölkələrin və qonaqların sayı ildən-ilə artır:
"Forumun ilk gününə 4 ölkənin kənd təsərrüfatı naziri qatılıb. Bu gün isə Pakistanın dövlət naziri forumda iştirak edib. Bu, forumun əhəmiyyətini daha da artırır və bizim üzərimizə əlavə məsuliyyətlər qoyur. Bugünkü panelimiz çox əhəmiyyətlidir. Bizim ali təhsil müəssisələrimizin və elmi tədqiqat institutlarımızın böyük potensialı, geniş araşdırmaları və mühüm elmi məhsulları mövcuddur. Lakin gəlin etiraf edək ki, bu bilik və məhsulların düzgün və effektiv şəkildə bazara çıxarılması hələ də arzuolunan səviyyədə deyil. Elmi biliklərin kommersiyalaşdırılması sahəsində universitetlərdə aparılan tədqiqatlar və tədris prosesi ilə bazar tələbləri arasında müəyyən boşluq qalmaqdadır. Bu, təkcə bizim ölkəmizə xas deyil, ümumilikdə müşahidə olunan bir problemdir".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












