Azərbaycanda yeni Vergi Məcəlləsi hazırlanır

Bu ildən Azərbaycanda yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində işlərə başlanılıb.
Bunu “Report”a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.
“Bu məqsədlə biznes subyektləri ilə birgə baxış keçiririk. Yeni Məcəllə təkcə dilin sadələşdirilməsi ilə bağlı deyil. Biz həm də qanunvericiliyi bir daha təhlil edəcəyik. Hazırda Məcəllənin Yol Xəritəsini hazırlayırıq. Biznes subyektləri ilə işçi qaydada görüşlər aparırıq. Beynəlxalq təcrübəni özümüz də araşdırırıq, məsləhətçi şirkətlər də cəlb edirik. Yeni Məcəllənin nə vaxt hazır olacağını indi demək tezdir. Amma prosesə başlamışıq. Onun başa çatdırılmasını çox uzun illərə buraxmaq istəmirik. Sadəcə Məcəllənin Yol Xəritəsinin hazırlanmasını yekunlaşdırmamış onun nə vaxt hazır olacağını demək qeyri-ciddi olar”, - deyə o qeyd edib.
S.Musayeva ötən il gündəmə gətirilmiş ƏDV-nin diferensiallaşdırılması məsələsinə də münasibət bildirib:
“Milli Məclisdə də dəfələrlə demişik ki, diferensiallaşdırma məsələsi bir tərəfdən müsbət addım kimi görünə bilər. Amma bizdə onun alternativi var. Bu da “ƏDV geri al” layihəsidir. Biz hazırda baxırıq ki, bu istiqaməti necə stimullaşdıra bilərik. Bu layihənin inzibatçılığı daha idarəoluna biləndir və sui-istifadə hallarına imkan verməmək baxımından daha əlverişlidir. Amma yenə də inkar etmirik ki, diferensial dərəcə də ola bilər. Sadəcə bu gün gündəliyimizdə bu məsələ yoxdur. Biz onu gündəliyə gətirəndə, hansı məhsul və dərəcələr üzrə olacağına baxılacaq. Amma bir daha qeyd edim ki, biz bunu başqa bir formada, yəni “ƏDV geri al” layihəsi şəklində tətbiq edirik”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












