Azərbaycanda yük və sərnişin daşımaları artıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 11,2 faiz və 37,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 102,6 milyon ton yük daşınıb. Yüklərin 3,6 faizi dəniz, 8,4 faizi dəmir yolu, 0,2 faizi hava, 56,5 faizi avtomobil nəqliyyatı, 31,3 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınan yüklərin həcmi 11,3 faiz artıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,6 faiz təşkil edib.
2022-ci ilin yanvar-iyun aylarında nəqliyyatçılar 762,5 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 86,6 faizi avtomobil nəqliyyatı, 13,0 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












