Azərbaycandan Ukraynaya növbəti humanitar yardım yola salındı - FOTO

Azərbaycandan Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının sonuncu hissəsi bu gün Sumqayıt Texnologiyalar Parkından Ukraynaya yola salınıb.
Avtosfer.az-ın məlumatına görə, Energetika Nazirliyinin tədarük etdiyi humanitar yükə 670 min metrdən çox elektrik naqilləri, həmçinin 26 ədəd transformator və komplekt transformator məntəqəsi daxildir.
25 TIR-dan ibarət yük avtomobili karvanının daşıdığı humanitar məqsədli mallar Ukraynadakı mövcud vəziyyətlə əlaqədar zərər çəkmiş ərazilərin elektrik enerjisi ilə dayanıqlı təchizatının bərpasına dəstək üçün göndərilir.
Qeyd edək ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan humanitar yardımın əvvəlki hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr, 8 dekabr və 2024-cü ilin yanvarın 11-də Ukraynaya göndərilib. Ümumilikdə, bu çərçivədə Ukraynaya 107 TIR-dan ibarət yük avtomobili karvanı ilə 3,3 milyon metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 72 ədəd transformator və komplekt transformator məntəqəsi yola salınıb.
Report
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












