Azərbaycanın nəqliyyat-tranzit imkanları müzakirə edilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda səfərdə olan Dəmir Yolu ilə Beynəlxalq Daşımalar üzrə Hökumətlərarası Təşkilatın (OTIF) Baş katibi Volfqanq Küpperlə görüşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə nazir özünün "Twitter" hesabında yazıb.
"Azərbaycan-OTIF əməkdaşlığı, ölkəmizin nəqliyyat-tranzit imkanları və dəmir yolu sahəsində həyata keçirilən islahatlar müzakirə olundu. Qonağa Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz – Ağbənd dəmir yolu xəttinin tikintisi ilə bağlı məlumat verildi, layihənin regional əhəmiyyəti vurğulanıb.
Eyni zamanda görüşdə beynəlxalq dəhlizlərin inkişafına yönəlmiş beynəlxalq layihələrdə iştirak və regional əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb", - R. Nəbiyev bildirib.
Sabah Baş katib Volfqanq Küpperin işğaldan azad edilmiş ərazilərə səfər etməsi, o cümlədən Horadiz – Ağbənd dəmir yolu xəttinin tikintisi ilə tanış olması nəzərdə tutulur.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












