Azərbaycanın Rusiya və İranla sərhədlərini pozmaq istəyən şəxslər saxlanılıb - FOTO

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir.
Bu barədə Avtosfer.az-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Avqust ayının 22-də saat 06:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 (üç) nəfər naməlum şəxsin Azərbaycandan Rusiyaya doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib.
Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılıblar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri 1986-cı il təvəllüdlü Həsənov Elşad Elxan oğlu, 1986-cı il təvəllüdlü Cahangirov Əkbər Vüqar oğlu və 1987-ci il təvəllüdlü İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilib.
Avqust ayının 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən 1 (bir) nəfər Azərbaycan vətəndaşı, Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılıb.
Araşdırma zamanı E.Əliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qaçaqmalçılıq yolu ilə İrana keçməyə cəhd etməsi müəyyənləşdirilib.
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










