Azərbaycanın tranzit imkanları “TransLogistica Uzbekistan 2023” sərgisində təqdim olunur

2023-cü il noyabrın 1-dən 3-dək Özbəkistanın paytaxtı Daşkənd regional logistika və nəqliyyat mərkəzinə çevrilib. Burada 19-cu beynəlxalq “TransLogistica Uzbekistan 2023” sərgisi keçirilir. Tədbir müxtəlif ölkələrdən nəqliyyat və logistika sahəsini təmsil edən aparıcı şirkətləri bir araya gətirib. Sərgidə 15 ölkədən 200-dən çox şirkət iştirak edir və üç günü ərzində 3000-dən çox ziyarətçinin gəlməsi gözlənilir.
Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC və iki törəmə şirkət olan “ADY Express” və “ADY Container” şirkətləri də iştirak edir. Bu şirkətlər yükdaşıma və logistika sahəsində öz qabaqcıl təcrübəsini təqdim edirlər. Bundan əlavə, “ADY Express” və “ADY Container” şirkətləri Azərbaycan ərazisindən keçən mühüm tranzit dəhlizlərinin əsas iştirakçıları kimi çıxış edərək bu nəqliyyat marşrutlarının imkanlarını təqdim edir.
Avtosfer.az Səhmdar Cəmiyyətə istinadən bildirir ki, keçirilən görüşlər və danışıqlar zamanı şirkətlər müxtəlif sahələri əhatə edən geniş çeşiddə logistik xidmətlər təklif edirlər. Sərgi iştirakçıları bu şirkətlərin işi ilə tanış olur və əməkdaşlıq imkanları haqqında daha çox məlumat əldə edə bilirlər.
Qeyd edək ki, “ADY Express” və “ADY ady Container” şirkətlərinin nümayəndələri sərgidə fəal iştirak edir, çoxsaylı görüşlər və danışıqlar aparırlar. Sərgi ilə paralel keçirilən nəqliyyat və logistika forumunda ADY Express şirkətinin rəhbərliyi də iştirak edir. Bu, təcrübə mübadiləsi, gələcək əməkdaşlıqla bağlı məsələləri müzakirə etmək üçün əlavə bir imkandır.
“TransLogistica Uzbekistan 2023” sərgisi və nəqliyyat və logistika forumu mühüm regional tədbirlərdən biridir və sahənin əsas iştirakçıları arasında qarşılıqlı əlaqə üçün platforma yaradır.
Azərbaycan nümayəndələri bu fürsətdən istifadə edərək yeni tərəfdaşlar qazanmaq və ölkəmizin ərazisindən keçən tranzit marşrutlarına əlavə yüklərin cəlb edilməsi istiqamıtində fəaliyyət göstərirlər.
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı










