Yüksəkvəzifəli azərbaycanlı məmurların 350 min dolları oğurlanıb

Türkiyədə Azərbaycanlı diplomatları aldadıblar.
Bu barədə "TRT Haber" məlumat yayıb.
Belə ki, Türkiyənin maliyyə proqramlarının sahibi olan Gökalp İçer beynəlxalq sərgidə tanış olduğu azərbaycanlı Murat Şirinovla işə başlayıb.
Şirinov azərbaycanlı diplomatlar ilə Azərbaycandakı bank meneceri vasitəsilə əlaqə saxlayıb.
İddialara görə, o, özünü dövlət məmuru kimi təqdim edib və etibar qazanıb.
Murat Şirinov Azərbaycanda yüksək səviyyəli vəzifə tutan 3 diplomatla əlaqə saxlayıb.
O, kafedə diplomatlarla görüşüb, pulu şəxsən alıb, lakin qarşılığında qəbz verməyib.
Əsl müdirlə görüşmək istəyən diplomatları Gökalp İçerin kabinetinə apararaq onunla tanış edib.
Zərərçəkənlərin iddialarına görə, onların telefonlarına proqram quraşdırılıb. Onlara deyilib ki, pullarını bu platforma vasitəsilə izləyə bilərlər. Lakin həmin platformaya nəzarət bütünlüklə Şirinovda olub.
İlk bir neçə ayda zərərçəkənlərə cüzi məbləğ ödənilib. Bu yolla onların daha çox sərmayə qoymasına və yaxınlarını bu sistemə daxil etməsinə şərait yaradılıb. Zərərçəkənlər onlardan böyük miqdarda pul alındıqdan sonra artıq qazanc əldə etmədiklərini müşahidə ediblər. “İş” qurduqları adamlar da onların telefonuna cavab verməyib. Bir müddət sonra proqramdakı hesablar da sıfırlanıb.
Azərbaycan diplomatlarının şikayəti əsasında İstanbul Baş Prokurorluğunun başlatdığı istintaq başa çatıb.
İddianamədə Şirinova verilən pulla heç bir sərmayə qoyulmadığı aydın olub.
Onların telefonlarına quraşdırılan tətbiqin sərmayə qoyulmuş kimi saxta məlumatları əks etdirdiyi bildirilib.
Sözügedən şirkət və tətbiqin iş icazəsi və ya lisenziyasının olmadığı da müəyyən edilib.
Gökalp İçer və Murat Şirinov barəsində iddia qaldırılıb.
Şübhəlilərin dələduzluq və digər cinayətlərə görə 5 ildən 7 il yarımadək azadlıqdan məhrum etmə ilə cəzalandırılması istənilib. (qafqazinfo)
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var










