Azərbaycanlıların Şengen ərizələrinin rədd edilməsi nisbəti 2 dəfə artıb - FOTO

Ümumilikdə hazırda hər 5 müraciətdən 1-i Şengen ölkələri tərəfindən rədd edilir.
2015-ci ildə Avropa ölkələrinin konsulluqlarına Şengen müraciəti üçün müraciət edən hər 100 azərbaycanlıdan 5-i rədd edilsə də, 2021-ci ilin sonuna görə bu rəqəm 2 dəfə artaraq hər 100 azərbaycanlıdan 10-a yüksəlib.
Ümumilikdə hazırda hər 5 müraciətdən 1-i Şengen ölkələri tərəfindən rədd edilir. 2015-ci ildə yüzdə 95,71 olan viza müraciətlərinin qəbul nisbəti yüzdə 80,98-ə düşüb. Hər il əvvəlkindən daha az qəbul olub.
Cədvəldə 2015-2021-ci illər arasında statistikanı görmək və eləcə də Azərbaycandan Şengen vizası almaq üçün müraciətlə bağlı vəziyyəti görə bilərsiniz.
BİRDƏN ÇOX VİZA RƏDD CAVABI ALANLAR NƏ ETMƏLİDİRLƏR?
Məlum olduğu kimi, Avropa ölkələrində viza müraciətlərinin rədd edilməsinə səbəb göstərmək vərdişi yoxdur. Bu səbəbdən də “Mən niyə rədd edildim” sualına rəsmi cavab almaq mümkün deyil.
- Viza müraciətinin rədd edilməsi üçün heç bir məntiqi səbəb yoxdursa, ilk dəfə rədd edildiyi konsulluğa etiraz məktubu yazın.
- İki imtinadan sonra asan viza ala biləcəyinizi düşündüyünüz digər Aİ ölkələrinə müraciət etməyin.
- İki imtinadan sonra ilk imtinanı aldığınız ölkəyə müraciət edin.
- Birinci imtinanı aldığınız ölkəyə yeni ərizənizdə ikinci və ya əgər varsa üçüncü imtinanı xatırladın.
- Müraciətinizin açıq-aşkar rədd edilməsinə baxmayaraq, niyə təkrar müraciət etdiyinizi izah edərək yazın.
AviaTravel
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?











