"Azəriqaz"ın əməkdaşı DÖYÜLDÜ - FOTO

“Azəriqaz” İB-nin əməkdaşına xəsarət yetirilib.
"Azəriqaz"dan Avtosfer.az-a verilən məlumata görə, fevralın 12-si saat 15:30 radələrində “Azəriqaz” İstehsalat Birliyinin (Birlik) Bakı Regional Qazın Satışı Departamentinin nəzarətçisi Adil Aslanov (Ad və soyad əməkdaşın öz istəyi ilə şərti verilib) Nəsimi rayonu, M.Mirqasımov, S.Rüstəmov və İ.Qasımov küçələrinin kəsişməsində yerləşən (“Rifah MTK”) bina 7 mənzil 13 ünvanına texniki müayinə ilə bağlı baxış keçirmək istəyib.
Ev sahibi Zahidxan Məmmədovun icazəsi ilə mənzilə daxil olan Birlik əməkdaşları texniki baxış keçirən zaman ev sahibinin oğlu əməkdaşlarımıza qarşı aqressiv davranış sərgiləyib və fiziki gücdən istifadə edib. Nəticədə Birlik əməkdaşı A.A müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı hadisə yerindən həm təcili tibbi yardıma, həm də DİN-nin “102” Zəng Mərkəzinə məlumat verilib. Nəsimi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri əməliyyat və prosessual addımlar atılıb. Hadisəni törədən şəxs polis bölməsinə aparılıb. Məsələ ilə bağlı ekspertizanın nəticələri əsasında zəruri istintaq tədbirləri görüləcək.
Qeyd edək ki, təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan əməkdaşa sağ ayaq barmağının qırılması diaqnozu qoyulub. Ayağına gips qoyulan A.A stasionar müalicə üçün evə buraxılıb.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












