“Azərişıq” Ermənistanın elektrik şəbəkəmizə vurduğu ziyanı açıqladı

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində müxtəlif gərginlikli xətlər 300 dəfəyədək vurulub, həmçinin 250-dən çox transformator və 800-dək dayaq yararsız hala düşüb.
Bu barədə Avtosfer.az-a “Azərişıq” ASC-dən məlumat verilib.
Məlumata görə, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Təmas xəttinə yaxın yaşayış məntəqələrində 24 saat fasiləsiz xidmət göstərən “Azərişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar.
Cəbhə xəttində yerləşən rayonlara ehtiyat transformatorlar, naqillər, dayaqlar, ehtiyat hissələri və texnika göndərilib. Bütün cəbhə boyu rayonlarda xüsusi əhəmyətli binalar əlavə olaraq generatorlarla təmin edilib. Əlavə mal-materialla təminatda heç bir problem yaşanmır.
Cəbhə xəttində yaşanan hadisələrlə əlaqədar olaraq “Azərişıq”da ilk gündən Xüsusi Qərargah yaradılıb. Təmas xətti boyunca yerləşən yaşayış məntəqələrində “Azərişığ"ın əməkdaşları 24 saat növbətçilik əsasında göcləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Sərhəd rayonlarına ezam olunan “Azərişığ”ın rəhbər heyəti vəziyyətə yerindəcə nəzarət edir və mütamadi olaraq əməkdaşları təlimatlandırır.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












