"Azərkosmos"da su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdə ("Azərkosmos") ”Virtual Azerbaijan Group of Companies”in təşəbbüsü ilə Fransanın “BRL Ingénierie” şirkəti ilə su ehtiyatlarının qiymətləndirilməsinə dair görüş keçirilib.
Bu barədə ''Avtosfer.az'' a qurumdan məlumat verilib.
“BRL Ingénierie” su, ətraf mühit və torpaqdan istifadənin regional idarə olunması ilə sahələrində ixtisaslaşmış və mühəndislik xidmətləri təklif edən beynəlxalq konsaltinq şirkətidir. Görüş Azərbaycanda su ehtiyatları, yeraltı və yerüstü suların təyini və qiymətləndirilməsində müasir texnologiyaların istifadəsinə həsr olunub. Görüşdə "Azersky" peykinin təsvirlərindən istifadə etməklə ənənəvi üsullardan fərqli olaraq ölkəmizdə su ehtiyatlarının səmərəli metodlar vasitəsilə kompleks qiymətləndirilməsi üzrə təkliflər səsləndirilib.
"Azersky" peyk təsvirlərindən, müasir analiz və monitorinq alətlərindən istifadə etməklə su ehtiyatlarının yerini 80-95 % dəqiqliklə təyin etmək mümkündür. Bu da öz növbəsində su ehtiyatları və onların səmərəli istifadəsi imkanlarını yaradır.

Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












