“Azərlotereya” fevralda 14 böyük uduş qazandırıb - FOTO

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin çox sevilən “Poz-Qazan” oyunları qazandırmağa davam edir. Fevral ayında “Poz-Qazan” oyunlarında ümumilikdə 14 böyük uduş qazanılıb.
Onlardan yeni satışa çıxmış “Bombardir”də böyük uduş - 50 000 manat Bakı sakini Rəşad Tomuyevə qismət olub. “Bombardir”də digər 2 ədəd 10 000 manatlıq bilet isə Bakı və İsmayıllıda udulub. Qaliblərdən biri Mübariz Babayev olub.
Novruza özəl limitli sayda satışa çıxmış “Papaq at” lotereyasında da 4 ədəd 10 000 manatlıq bilet şanslı qaliblərini tapıb. Uduşlu biletlər Bakı, Şamaxı və Beyləqandan alınıb. Qaliblərdən paytaxt sakini İlham Baratov papaq atıb 10 000 manat qazanıb.
Sumqayıt sakini Ehtibar Mustafayev “Ani 50”dən böyük uduş - 50 000 manata sahib olub. Sumqayıtda həm də “Qızıl” böyük uduş – 25 000 manatla sahibini tapıb. “Qızıl”ın digər 25 000 manatlıq bileti isə Şabran sakininə nəsib olub. “Qızıl Ekstra”nın da 10 000 manatlıq bileti yenə Sumqayıt sakininin bəxtinə çıxıb.
Bakı sakini Mustafa Atayev də “Tap-Qazan”dan 25 000 manat qazanıb. “Uğurlu 7” isə 10 000 manatlıq uduşla Bakı sakini Mədinə Allahverdiyevaya uğur gətirib. “Uğurlu 7”də daha bir 10 000 manatlıq bilet də Ucarda alınıb.
Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 200 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










