"Azsığorta" vətəndaşı çıxılmaz duruma salıb - FOTO

Məhəmməd Məmmədov adlı oxucumuz Avtofer.az- müraciət edərək probleminin ictimailəşməsini xahiş edib. Vətəndaş deyir ki, aprel ayının 27-də Binəqədi - Novxanı yolunda dükana girmək üçün yolun kənarında idarə etdiyi 90 VS 384 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilini saxlayıb. Bu zaman 90 VM 967 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil onun maşınını vurub.
Hadisə yerinə sonuncunun avtomobilini icbari sığorta etdirdiyi "Azsığorta" şirkətinin əməkdaşları gəlib.
Zarərçəkən kimi tanınan Məhəmməd o gün, bu gün get gələ düşüb. Sığorta şirkəti nə avtomobilə dəymiş ziyanı düz hesablayır, nə də pul ödəyir. İndi zərərçəkmiş pis durumda qalıb. "Həmin maşınla işləyib ailəmə, xəstə anama, n xəstəsi olan övladıma baxıram. İndi neçə vaxtdır ki, bu vəziyyətdə qalmışam. Şirkət isə mənə pul ödəmir. Ümid edirəm ki, aidiyyəti qurumlar mənim səsimi eşidib köməklik göstərəcək."
Məsələ ilə bağlı Avtosfer.az-ın e-mail ünvanına açıqlama göndərən şirkət bildirir ki, zərərçəkən Məmməd Məmmədov aprel ayında hadisə ilə bağlı bizə müraciət etmişdir. Hadisə tərəfimizdən araşdırılaraq müvafiq sığorta əməliyyatları aparılmış,o cümlədən avtomobilinə hesablanmış zərər məbləğinin ödənilməsi və avtomobilinin təmir edilməsi təklif edilmiş, razılıq əldə edilərək Məmməd Məmmədova Azərbaycan Respublikası Mülki Məcəlləsinin və "İcbari sığortalar haqqında" Qanunla müəyyən edilmiş müddət ərzində sığorta ödənişi edilmişdir. Məmməd bəyin imzası ilə ödənişlə bağlı razılıq əldə olunmasını təsdiq edən sənəd də mövcuddur.
Orxan
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA













