Badamdar sakinlərindən şikayət: “Hər gün saatlarla avtobus gözləyirik”

Badamdar qəsəbəsində yaşayan sakinlər marşrut avtobuslarının xidmətindən narazıdır. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.Az-a sözügedən problemlə qarşılaşan vətəndaşlardan biri məlumat verib.
Şikayətçi 20 Yanvar dairəsindən Badamdar istiqamətinə avtobusların qeyri-sabit qrafiklə çalışmasından narazı olduğunu bildirib:
“Söhbət 29 nömrəli müntəzəm marşrut xətti üzrə işləyən sərnişin avtobuslarından gedir. Hər gün işdən çıxıb saatlarla avtobus gözləyirik. Axşam saat 9-dan sonra isə ümumiyyətlə 29 nömrəli avtobusu görmək mümkün deyil. Sürücülərdən soruşanda qrafik üzrə çalışdıqlarını, axşam saat 9-dan sonra işləmədiklərini deyirlər. İnsanlar işdən-evə, evdən-işə gedib-gəlmək üçün əziyyət çəkir. Həftə sonları isə ümumiyyətlə avtobus tapmaq olmur. Xahiş edirik köməklik göstərəsiniz”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mayis Ağayevlə əlaqə saxladıq. BNA rəsmisi məsələnin araşdırıldığı bildirib:
“Sözügedən məsələ ilə bağlı xətt üzrə müvəqqəti istismarçı “Menlok” MMC-nin rəhbərliyi Bakı Nəqliyyat Agentliyinə çağırılıb. Məsələ araşdırılacaq. Sərnişinlərimizi narahat edən məqamların qısa vaxtda aradan qaldırılması ilə bağlı göstəriş veriləcək”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












