Ailələri rayonda, özləri Bakıda qalan şəxslər evlərinə qayıda bilərlər? - RƏSMİ

“Karantinin ilk mərhələsində vətəndaşlara yaşadıqları yerə qayıtmaq üçün vaxt ayrılmışdı, lakin hazırda buna şərait yaratmaq mümkün deyil”. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Xəzər TV”yə açıqlamasında bildirib.
K.Əliyev karantin rejiminə görə bəzi vətəndaşların ailələrinin regionlarda, özlərinin isə şəhərlərdə qalmasına, görüşə bilməmələrinə etiraz edən şəxslərin narazılığına cavab verib:
“Karantin rejimi sərtləşdirilməzdən əvvəl vətəndaşlara müraciət olundu. Bu barədə mediada kifayət qədər məlumat paylaşıldı. O zaman icazə verildi ki, hər kəs yaşadığı yerə qayıtsın. Hətta bəzi insanların nikah şəhadətnaməsini göstərməklə həyat yoldaşları yaşayan əraziyə getməsinə icazə verildi.
Həmin dövrdə müraciətlərimizə diqqət edən şəxslər ailələri ilə birlikdə, eləcə də digər vətəndaşlar qeydiyyatda olduqları yaşayış yerlərinə geri qayıtdılar. Görünür, bir qrup şəxs məsələ ilə bağlı ictimaiyyətə verilən məlumatlara laqeyd yanaşıb.
Hazırda bu qaydalara istisna halların tətbiq edilməsi mümkün deyil. Bu, regionlardan şəhərə gəliş-gedişin aktivləşməsinə və yoluxma hallarının artımına səbəb ola bilər. Bu kimi halları nəzərə alaraq, karantin rejimi bitənə qədər ölkədə tətbiq olunan qaydalara əməl olunmalıdır. Nəzərə almaq lazımdır ki, virusla bağlı təhlükə hələ tam olaraq aradan qalxmayıb”.
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB










