Bakı aeroportunun sərnişin dövriyyəsi 2023-cü ilin 11 ayında 5,3 milyonu ötüb

2023-cü ilin yanvar-noyabr aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axınının əhəmiyyətli dərəcədə artıdığını müşahidə etmək mümkündür.
Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, bu ilin 11 ayı ərzində Bakı hava limanının ümumi sərnişin dövriyyəsi 31,2 faiz artaraq 5 milyon 301 min nəfər təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 4 milyon 40 min nəfər olub. Bu müddət ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 45 minə yaxın reys həyata keçirilib.
Beynəlxalq istiqamətlərdə daşınan bütün sərnişinlərin 58,5 faizi xarici aviadaşıyıcıların payına düşür ki, bu dövrdə onlar tərəfindən 2 milyon 710 min sərnişin daşınıb. Bakı hava limanından sərnişin daşımalarının qalan hissəsini isə "Azərbaycan Hava Yolları" (AZAL) həyata keçirib. Bu dövrdə AZAL 1 milyon 925 mindən çox sərnişinə beynəlxalq uçuşlarda, 660 min sərnişinə isə Naxçıvan istiqamətində xidmət göstərib.
2023-cü ilin 11 ayı ərzində 42 aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna müntəzəm uçuşlar həyata keçirib ki, onların da 18-si aşağıbüdcəli aviadaşıyıcılardır. Onların payına düşən sərnişinlərin sayı ümumi xarici aviaşirkətlərə nisbətdə 43,4 faiz təşkil edib. Ümumilikdə, ən çox sərnişin “Turkish Airlines”, “Georgian Wings”, “Aeroflot”, “Utair” və “FlyDubai” aviaşirkətləri tərəfindən daşınıb.
Qeyd edək ki, sərnişinlər üçün əlçatanlığın və rahatlığın təmin olunması məqsədilə Azərbaycana uçuşlar həyata keçirən xarici aviaşirkətlərlə əməkdaşlığın genişləndirilməsi hazırda da davam etdirilir.
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












