Bakı Baş Səhiyyə Mərkəzinin əməkdaşı həbs edildi

Bakıda sərxoş şəxs ona nisyə spirtli içki verməyən mağaza sahibini bıçaqlayıb.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, "Zeytun Sovxozu" adlanan ərazidə baş verib.
Qəsəbə ərazisində məskunlaşan, Bakı Baş Səhiyyə Mərkəzində fəhlə işləyən Hamlet Ağayev (soyad şərtidir) axşam saatlarında məhəllələrində yerləşən mağazaya gəlib. Hamlet orada mağaza sahibi Şahin Hüseynov və digər tanışları ilə spirtli içki qəbul edəndən sonra evinə gedib. Təxminən yarım saatdan sonra Hamlet yenidən mağazaya qayıdaraq satıcıdan nisyə spirtli içki istəyib. Mağaza müdiri olan Şahin ona spirtli içki verməyib.
Bundan əsəbiləşən Hamlet evinə gedərək bıçaq götürüb geri qayıdıb. O, bıçaqla mağazaya daxil olaraq satıcıdan araq tələb edib. Bunu görən mağaza sahibi onu şillə ilə vurub mağazadan çıxarıb. Nəticədə Hamlet mağaza sahibinə 5 bıçaq zərbəsi endirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Keçirilən əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Hamlet saxlanılıb.
Məhkəmənin hökmü ilə H.Ağayev 6 il 6 ay azadlıqdan məhrum edilib.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












