“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haba çevrilir”

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı haba çevrilir. "Report" xəbər verir ki, bunu limanın baş əməliyyat inzibatçısı Yucin Si "Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol" mövzusunda keçirilən tədbir çərçivəsində “Kəmər və Yol” təşəbbüsü ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu arasında potensial sinerji panelində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Bakı Limanı tam qüvvəsi ilə işləyir:
“Bakı Limanının inşasının birinci mərhələsi 2018-ci ildə yekunlaşıb və bununla da limanın yükaşırma həcmi 100 000 TEU konteynerdə daxil olmaqla illik 15 milyon tondur. İkinci faza çərçivəsində limanın ümumi yükaşırma gücünü 15 milyon tondan 25 milyon tona və 100 min TEU-dan 500 min TEU konteynerədək artırmaq planlaşdırılır".
Y. Si "Report"a bildirib ki, limanın ikinci fazasının baş planının hazırlanması artıq başa çatıb.
Xatırladaq ki, 2023-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təxminən 7,4 milyon ton yük aşırılıb. Bu, 2022-ci illə müqayisədə təxminən 16 % çoxdur. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və "yaşıl" həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.
Tədbirdə çıxış edən Çin Beynəlxalq Araşdırmalar İnstitutunun Avropa-Mərkəzi Asiya Tədqiqatları Departamentinin elmi işçisi Kanq Cie bildirib ki, Orta Dəhliz təkcə Qərb və Şərq dəhlizini deyil, eyni zamanda Şimal və Cənub dəhlizlərini də birləşdirir.
Onun sözlərinə görə, bu layihə heç bir vəchlə ölkələri zəiflətməyə deyil, əksinə regional əməkdaşlığı gücləndirməyə xidmət edir:
“Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və "Bir kəmər bir yol" layihəsi Qərb ölkələrində yeni sənayeləşmə növlərinin axtarıb tapmağa kömək edir. Bu, Azərbaycan tərəfindən yeni fiberoptik xətlərin Transxəzər ölkələrinə çəkilməsinə şərait yaradır. Bu xətlərin çəkilməsi ilə Azərbaycan böyük ehtimalla çox mühüm məlumat mərkəzinə çevriləcək. Bu da Azərbaycanda kifayət qədər rəqəmsal infrastrukturun qurulmasına kömək edəcək".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












