Bakı Bulvarının uzadılması planlaşdırılır

“İqlim dəyişmələri proseslərinə adaptasiyanın əsas komponentlərindən biri yaşıllıq sahələri ilə bağlıdır. Şəhərdə yaşıllıqların və açıq sahələrin artırılması Bakı şəhərinin Baş Planının layihəsinin prioritet məqsədlərindən biridir”.
Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. Nazir Bakı şəhərində yaşıllıqların xeyli artırılacağını deyib:
“Həmçinin, Bakı Bulvarının uzadılması planlaşdırılır, onun uzunluğu 2040-cı ilə qədər yüksəkkeyfiyyətli ictimai yaşıllaşdırma ilə 25 kilometrdən çox olacaq”.
Nazir onu da əlavə edib ki, ölkə ərazisində mövcud yaşıllıqların qorunub mühafizə edilməsi, yeni yaşıllıq sahələrinin salınması ekoloji baxımdan mühüm əhəmiyyət daşıyır. Xüsusilə, yaşıllıqların qorunması və artırılması, çətin torpaq-iqlim şəraiti, iri sənaye obyektlərinin cəmləşməsi, əhalinin sıx məskunlaşması baxımından digər regionlardan kəskin fərqlənən Abşeron yarımadasında daha çox önəmlidir.
“Abşeron yarımadasında yaşıllıq sahələrinin real vəziyyətinin qiymətləndirilməsi, uçotunun aparılması və dəqiqləşdirilməsi məqsədilə inventarizasiya işləri aparılıb və ayrı-ayrı yaşıllıq massivlərinin xəritələri hazırlanıb”, - nazir qeyd edib. (oxu.az)
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












