Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparılıb - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı Dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri aparıb.
Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, təmir işləri Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı Dairəvi avtomobil yoluna çıxış hissədə (estekadadan YDM-ə qədər) aparılıb.
Sözügedən hissə uzun müddət əsaslı təmir olunmadan istismar olunurdu. Artıq yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidə edilirdi. Bu isə yolda rahat və maneəsiz hərəkətə maneə yaradırdı.
Təmir çərçivəsində köhnə və yararsız asfalt-beton örtüyü frezlənərək kənara daşınıb, ardınca isə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunmaqla yol yenilənmiş şəkildə yenidən sürücülərin istifadəsinə verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












