Bakı hava limanında bu il sərnişin axını 38% artıb - FOTO

Cari ilin yanvar-mart aylarında Heydər Əliyev Beynəlxalq Aeroportunda sərnişin axını əhəmiyyətli dərəcədə artıb. Belə ki, bu dövrdə hava limanı 1,464 milyondan çox sərnişinə xidmət göstərib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 38,2% çoxdur. Bu rəqəm həmin müddət ərzində 1,058 milyon təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan Avtosfer.az-a verilən məlumata görə, hesabat dövründə 39 aviaşirkət, onlardan 15-i aşağıbüdcəli (loukoster) olmaqla, 12,378 min reys yerinə yetirilib. Beynəlxalq marşrutlarda 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 43,5% çox – 1,319 milyon sərnişin daşınıb. 656 min sərnişinə xarici aviaşirkətlər, 662 min sərnişinə isə milli aviadaşıyıcı xidmət göstərib. İlin əvvəlindən Naxçıvan istiqamətində 144 mindən çox sərnişin daşınıb.
Sərnişinlər arasında ən populyar beynəlxalq istiqamətlər isə İstanbul, Abu Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub. Mühüm nailiyyətlərdən biri də 2024-cü ilin ilk 3 ayında Bakı hava limanında tranzit sərnişinlərin sayının artmasıdır. Ötən illə müqayisədə tranzit sərnişinlərin sayı 82,7% artaraq 72 min nəfərdən çox olub.
Qeyd edək, ki Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə və ziyarətçilərə yüksək səviyyədə xidmət və rahatlığı təmin etməklə regionun əsas nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirməkdə davam edir.
Foto
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO













