Bakı hava limanında Novruz sehri: xalçalar, təyyarələr və milli dəyərlər - FOTO

Novruz bayramı ərəfəsində Heydər Əliyev Beynəlxalq Aeroportu milli mədəni dəyərlərin aviasiya elementləri ilə qovuşduğu heyrətamiz məkana çevrilib.
Avtosfer.az bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, “Azərbaycan Hava Yolları” QSC ilə “Azərxalça” ASC arasında əməkdaşlıq çərçivəsində Bakı aeroportunun ərazisində Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən unikal instalyasiyalar yaradılıb. Milli irsimizin əsas rəmzi hesab olunan xalça elementlərindən ilhamlanan Novruz dekorları mədəniyyətimizin rəngarəngliyi və zənginliyini nümayiş etdirir. Burada quraşdırılan lövhələr qonaqlara və sərnişinlərə bu sənət nümunələrini bəzəyən naxış və təsvirlərin tarixindən, xüsusiyyətlərindən xəbər verir.
Bakı aeroportuna daxil olarkən qonaqları sehr və fantaziya dünyasına aparan mistik hava nəqliyyatı - açıq səma altında “uçan xalça” instalyasiyası qarşılayır. Buradakı unikal ab-hava hər bir ziyarətçiyə milli adət-ənənələrin və dəyərlərin ecazkar aləminə qərq olmaq, ölkəmizin mədəni irsi ilə tanış olmaq imkanı yaradacaq.
Azərbaycanın qədim xalq sənətlərindən biri olan xalçaçılıq ölkəmizin müxtəlif yerlərində yaşayan mahir xalçaçı qadınların sayəsində nəsildən-nəslə ötürülür. Onların xalçaçılıqda əməyinin dəstəklənməsi və tanınması bu dəyərli irsin gələcək nəsillər üçün qorunub saxlanması istiqamətində mühüm addımdır.
Ənənə ilə müasirliyin qovuşduğu Heydər Əliyev Beynəlxalq Aeroportuna xoş gəlmişsiniz. Novruz bayramınız mübarək!
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
















