"Bakı Kart"-la bağlı qalmaqallı iddia: BNA qətiyyətlə təkzib edir

Azərbaycanda sərnişinlərin mənzil başına rahat çatması üçün hər bir şərait yaradılır. Müasir tələblərə cavab vermək üçün artıq bir neçə ildir ki, gediş haqlarının nağd ödənişdən kart vasitəsi ilə nağdsız ödənişinə keçilib. Sərnişinlər "Bakı Kart"-ın təqdim etdiyi kartlar vasitəsi ilə həm metrodan, həm də "BakuBus" MMC-nin avtobuslarından istifadə edirlər. Amma bəzən sərnişinlər əsaslı və əsassız şəkildə ödəniş kartlarında, həmçinin ödəniş prosesində hansısa problemin yarandığını iddia edirlər.
Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a nəqliyyatda daima "Bakı Kart" gediş kartından istifadə etdiyini bildirən bir sərnişindən şikayət daxil olub. Şikayətçi Abdulla Vəliyev iddia edir ki, gediş kartından istifadə etmədiyi halda balansından 5 qəpik pul tutulub. Və bu barədə yoldaşlarına danışarkən bəlli olub ki, əksərində belə hal yaşanıb. A.Vəliyev qarşılaşdığı bu problemi araşdırmağımızı xahiş edib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev açıqlamasında bu haqda onlara tez-tez şikayətlər daxil olduğunu bildirib. Qeyd edib ki, daxil olan şikayətlər araşdırılır və aydın olur ki, sərnişin kartdan istifadə zamanı gediş haqqının məbləğini dəqiq bilmədiyi üçün kartından pul oğurlandığını düşünür. "Bizə gələn hər şikayəti dəqiq araşdırırıq. Adətən sərnişinlər bizə pul silinməsi ilə bağlı şikayət edir və sonradan araşdırma zamanı eyni prosesin şahidi oluruq. Sərnişinlər 125 saylı avtobusun məsafəsinin uzun olmasını görə gediş haqqının 25 qəpik olduğunu nəzərə almadığı üçün belə hallar baş verir" — M.Ağayev bildirib.
"Onlar avtobusa minəndə 25 qəpik tutulur və bundan sonra sərnişin düşünür ki, onun balansından pul silinib. Hər bir kartın alındığı gündən harada və hansı əməliyyatın yerinə yetirilməsi avtomatik olaraq sistemə yazılır. Ona görə də heç bir sərnişinin kartından əməliyyat olmadan pul silinə bilməz" — o vurğulayıb.
BNA sözçüsü A.Vəliyevin şikayətinə aydınlıq gətirmək üçün şikayətçiyə məxsus gediş kartının nömrəsini götürərək araşdırıb. Araşdırmadan sonra bildirib ki, bu şikayət də əvvəlkilərinə bənzəyir: "Bu kartın sahibi 2017-ci il may ayının 5-də saat 18:38-də "BakuBus"-ın 125 saylı avtobusuna minib. Bu zaman onun balansında 40 qəpik pul olub. Balansdan 25 qəpik çıxdığı üçün 15 qəpik pul qalıb. 125 nömrəli avtobusun gediş haqqının 25 qəpik olduğunu bilmədiyi üçün sərnişin düşünüb ki, onun gediş kartından pul tutulub. Əminliklə deyə bilərəm ki, "Bakı Kart"-da pul silinməsi halı mümkün deyil".
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi









