Bakı Limanı ilə Çin limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib - FOTO

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Çin Quandun əyalətində yerləşən Şençjen, Quancou, Juhai, Şantou və Cantszyan limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib.
Avtosfer.az bu barədə “AZCON Holding”in şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, müzakirələr ADY-nin sədrinin müavini Arif Ağayevin Quandun əyalətinin Siyasi Məşvərət Konfransının sədri Lin Ketsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə baş tutub. Görüşdə Şərq-Qərb nəqliyyat dəhlizinin əsas hissəsi olan Orta Dəhlizin strateji rolu, bu marşrut üzrə yüklərin səmərəli və təhlükəsiz daşınması və yük daşımaları sahəsində ortaq maraq doğuran məsələlər müzakirə edilib.
ADY-nin beynəlxalq dəhlizlərin, o cümlədən Çin və Avropa arasında səmərəli və etibarlı nəqliyyat bağlantısını təmin edən Orta Dəhlizin inkişafı üçün gördüyü işlər, Bakı Limanının beynəlxalq yükdaşımalardakı rolu qonaqların diqqətinə çatdırılıb.
Bildirilib ki, Orta Dəhlizin əsas seqmentlərindən olan Bakı Limanı müasir texnoloji imkanları və sürətli yük əməliyyatları üçün müvafiq infrastrukturu sayəsində illik 15 milyon ton yükaşırma gücü ilə Şərq-Qərb-Şərq yükdaşımaları üçün geniş imkanlar açır.
Çin nümayəndə heyəti Bakı Limanının regionda artan logistik potensialını və multimodal daşımalar üçün əlverişli imkanları ilə tanış olub.
Hazırda Çinin Sian limanından Orta Dəhlizlə müntəzəm konteyner blok-qatarlarının göndərilməsi həyata keçirilir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO














