Bakı Limanında YÜKAŞIRMA 16% artıb

2023-cü ildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təxminən 7,4 milyon ton yük aşırılıb.
Bu barədə Nazirlər Kabinetinin 2023-cü ildəki fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2022-ci illə müqayisədə təxminən 16 % çoxdur.
Ümumi yükaşırmanın 5,3 milyon tonu və yaxud 72 % tranzit yüklərin payına düşüb.
Hesabat ilində vaqon aşırılması 3,5% azalaraq 37,3 min ədəd olub. Vaqonların 18,6 min ədədi və yaxud 49,7 %-i Bakı-Türkmənbaşı-Bakı, 18,7 min ədədi və yaxud 50,3 %-i isə Bakı Kurık/ Aktau-Bakı istiqamətində hərəkət edib.
Bununla yanaşı, 2023-cü ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı əvvəlki ilə nisbətən 5,3% artaraq 54,2 min ədə olub. Bu nəqliyyat vasitələrinin 25,8 min ədədi (47,6 %-i) Bakı-Türkmənbaşı-Bakı, 28,4 min ədədi (52,4 %) isə Bakı Kurık-Bakı istiqamətində daşınıb.
Hesabat dövründə konteynerlərin aşırılması TEU ekvivalentində 16 % azalaraq 43,9 min ədəd olub.
2023-cü ildə Dübəndi Neft Terminalında xam neft və neft məhsullarının aşırılması 2022-ci illə müqayisədə 2,1 dəfə artaraq 2,1 milyon ton olub.
Quru yüklərin aşırılması isə 1,6 % azalaraq 1 milyon tona düşüb.
Xatırladaq ki, 14 may 2018-ci il tarixində Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 000 TEU konteynerdir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat qovşaqlarının kəsişməsində yerləşən, yüksək texniki imkanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və yaşıl həllər tətbiq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada formalaşan yeni reallıqlar fonunda tranzit ölkə kimi Azərbaycana böyük tələb formalaşıb və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkəzi olan Bakı Limanına cəlb edilən yükün həcmi sürətlə artır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












