"Bakı Metropoliteni" tikintini dayandırdı - 40-dan artıq vətəndaş mənzil gözləyir

Pul ödəyib bünövrəsi qazılan binadan mənzil alan vətəndaşlar gözləmədikləri halla qarşılaşıb. Binanın tikintisi "Bakı Metropoliteni" QSC tərəfindən dayandırılıb. Bildirilib ki, həmin ərazi "Bakı Metropoliteni"nə aiddir və strateji əhəmiyyət daşıyır. Tikinti şirkəti isə deyir ki, bütün sənədləri qaydasında olub. Həmçinin bir neçə il əvvəl tikinti ilə bağlı "Bakı Metropoliteni" QSC-nin razılığı da alınıb. Nəticə etibarilə dövlət qurumu ilə tikinti şirkəti arasında yaranan problem vətəndaşları evsiz qoyub.
Xezerxeber.az-ın məlumatına görə, bina tikintisi üçün ayrılan yer "Bakı Metropoliteni" QSC tərəfindən hasara alınıb və tikinti aparılmasına qadağa qoyulub. 40-dan artıq vətəndaş isə tikiləcək mənzillərindən olublar.
Söhbət Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişdiyi hissədən gedir. Sözügedən ərazi 1995-ci ildən "Mehri" MTK-ya məxsus olub. Şirkət ərazidə bünövrə qazıb və bina tikintisinə başlayıb. Həmçinin binanın mənzillərinin satışı da aparılıb. 40-dan artıq vətəndaşa tikiləcək binadan mənzillər satılıb. Ancaq çox keçməyib ki, ərazidəki tikinti "Bakı Metropoliteni" QSC tərəfindən dayandırılıb. Bildirilib ki, bura "Bakı Metropoliteni" QSC-nin balansındadır və ərazidə bina tikmək olmaz. Tikinti aparan "Mehri" MTK-dan isə bildirilir ki, onların bütün sənədləri qaydasında olub. Bu sənədlər əsasında ümumilikdə 1,5 milyon dollar dəyərində mənzil satışı həyata keçirilib.
Sakinlər isə tikintinin davam etdirilməsini istəyirlər.
Problemə "Bakı Metropoliteni" QSC münasibət bildirib. Qeyd edilib ki, həmin ərazi strateji yerdir və buna görə də bina tikmək mümkün deyil. Bildirilib ki, ərazi 1979-cu ildə "Bakı Metropoliteni"nə verilib. "Mehri" MTK-ya verilən bütün icazə sərəncamları isə ləğv edilib və yenidən qurumun tabeliyinə keçirilib. Ancaq sənədlər məxfi olduğu üçün onlar təqdim edilmədi. Qurum problemin həlli üçün çıxış yolu da təklif edir.
Sakinlərin isə tək istəyi problemlərinin həll edilməsidir. Onlar başqa ərazidən də torpaq ayrılmasına razıdırlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Doqquz avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLDİ
Nazir onu özünə köməkçi TƏYİN ETDİ
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ










