Bakı metropolitenindən "hava" açıqlaması

“Bakı Metropoliteni”ndə soyutma sistemi yoxdur”. Avtosfer.az xəbər verir ki, bunu aznews.az-a açıqlamasında “Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, istehsalçı tərəfindən bu qatarlarda kondisioner quraşdırılması nəzərdə tutulmayıb: “Metroda kondisioner sistemi yoxdur. Sonuncu dəfə alınan 3 qatarda kondisioner var. Onlar da işləyir. Başqa qatarlarda soyutma sistemi yoxdur. “Bakı Metropoliteni” sərnişinlərin rahatlığı üçün əlindən gələni edir. Mənə qəribə gələn odur ki, ziyalılarımız olmayan bir şeyi necə müzakirə edirlər? Gələcəkdə bu qatarlar öz istismar dövrünü başa vurduqdan sonra onları əvəzləyəcək qatarlarda kondisioner sistemi olacaq”.
Nəsimi Paşayev qeyd edib ki, hazırda metrostansiyalarda havanın temperaturu mövcud hava şəraitindən çox yaxşıdır: “Stansiyalarda sərin hava şəraiti var. Havalandırma sistemi, ventilyasiya var, hansı ki, onun vasitəsi ilə təmiz hava içəri vurulur. Amma, metroda belə bir qayda var. Bayırda havanın temperaturu 35 dərəcəni keçərsə, o havanı içəri vurmaq olmaz. Bu insanların həyatı üçün təhlükəlidir”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












