“Bakı Metropoliteni”nin sədr müavini: “Gələcəkdə metro qatarları radiodalğalarla idarə olunacaq”

Metropoliten sistemində hər bir qatarın təhlükəsiz hərəkətini təmin etmək üçün onun işarəvermə sistemi ən vacib amillərdən biridir. Uzun illər bizim qatarların hərəkəti avtobloklama sistemi ilə təşkil olunurdu. Təbii ki, sonradan bizdə də sistemin təkmilləşdirmə işləri aparıldı və dünyanın bir çox ölkələrində olduğu kimi SAT (sürətin avtomatik tənzimlənməsi) sisteminə keçid oldu.
Bunu “Trend”ə müsahibəsində “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, bu, avtobloklama ilə müqayisədə daha təkmilləşdirilmiş idarəetmə sistemidir. Əvvəlki sistem belə idi ki, qatarlar iki maşinist tərəfindən idarə olunurdu. Hazırkı sistem isə tək maşinist tərəfindən idarəetməyə imkan verir və təhlükəsizlik baxımından daha təkmil və dayanıqlıdır. Metro tunellərində qatarın dayanması, əyləcləmə sisteminin işə düşməsi də bu sistemin təhlükəsizlik tələblərindən irəli gəlir.
“Bu yolla qatarlar arasındakı məsafə qorunub saxlanılır və sərnişinlərin təhlükəsizliyi təmin olunur. Bu yaxınlarda Moskva metrosunda baş verən qəzanın da səbəbi bu idarəetmə sisteminin söndürülməsi olmuşdu. Sistem söndürüldüyündən qatar digər qatarla toqquşmuşdu. Kənar müdaxilə olmasa, bu sistemin insanların təhlükəsizliyi üçün kifayət qədər yetərlidir.
Qeyd edim ki, təkmilləşdirmə yerində saymır. Artıq istifadəyə verilən Bənövşəyi xətdə SAT sistemi ilə yanaşı, CBTC sisteminin elementlərindən istifadə olunur. Gələcəkdə xətdə qatarlar yalnız CBTC, başqa sözlə, radiodalğalarla idarə olunacaq. Bakı metropoliteni daim olaraq dünyadakı qabaqcıl yeniliklərlə maraqlanır və eyni zamanda onun əməli tətbiqi üzərində işlər görür”, - deyə sədr müavini əlavə edib..
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA
"Tarqovı"da rəqs edən qızın GÖRÜNTÜLƏRİ qalmaqal yaratdı - FOTO - VİDEO










