Bakı metrosunda QR bilet istifadəçilərinin sayı artıb

Bakı metrosunda QR biletlə ödəniş sistemindən istifadə edənlərin sayı artıb.
Avtosfer.az “Bakı Metropoliteni” QSC-yə istinadən məlumat verir ki, ay ərzində 148 min 25 sərnişin məhz bu üsulla ödənişə müraciət edib. QR biletlə ən çox ödəniş “28 May” stansiyasında qeydə alınıb – 14 min 216 sərnişin. Bu üsulla ən çox gedişhaqqı fevralın 27-si qeydə alınıb – 6 min 858 nəfər.
Ümumiyyətlə, yalnız iş günlərini əsas götürsək, fevralın 1-də 4 823 nəfər QR bilet sistemindən istifadə etmişdisə, ayın 19-dan sonra hər iş günü istifadəçilərin sayı 6 min nəfərdən artıq olub. Cəmi iki ay istifadəyə verilməsinə baxmayaraq, elektron qaydada gedişhaqqına etibar edənlərin sayı artır.
Qeyd edək ki, Bakı metropoliteninin bütün stansiyalarında QR biletlə ödəniş sistemi 2023-cü ilin son günü istifadəyə verilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












